Global Interior Group

Biz kimik?

Bridge Group of Companies* şirkətlər qrupuna daxil olan  Global Interiors Group(GIG) şirkəti 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Global Interiors Group Azərbaycanın tikinti, interyer dizayn və mebel sahəsində aparıcı şirkətlərindən biridir.

Tikinti, təmir, planlaşdırma, interyerlərin yaradılması, mebel, dekor, material seçilməsi, landşaftın yaşıllaşdırılması və s. işlər böyük vaxt və enerji tələb edir.

Global Interiors Group sizə bütün bu məsələlərin tam peşəkar yanaşma ilə həllini  təklif edir. Şirkətimiz A-dan Z-ə kompleks yanaşma yolu ilə istənilən layihənin yüksək keyfiyyət və zəmanətlə icrasını təmin edir.

Bizi seçən müştərilərimiz müxtəlif podratçılar axtarmaq və işləri bölüşdürmək məcburiyyətində qalmırlar. Belə ki, Global Interiors Group Sizin bütün ideyalarınızı və tapşırıqlarınızı həyata keçirir.

Müştərilərimizə göstərdiyimiz xidmətlərə həmçinin biznes planın və layihə büdcəsinin hazırlanması daxildir.

Global Interiors Group şirkəti xüsusilə ofislərin tərtibatında ixtisaslaşmışdır.

Uğurun ən vacib komponentlərindən biri maksimal komfortlu iş yeri yaratmaqdır. Ofislərin tərtibatı sahəsində peşəkar təcrübəyə malik mütəxəssislərimiz zamanın nəbzinə uyğun, son trendləri özündə birləşdirən ofis məkanları yaratmağa zəmanət verir. Mütəxəssislərimiz xaricdə keçirilən təcrübə və ixtisaslaşdırılmış təlimlər vasitəsilə öz bacarıqlarını daima təkmilləşdirirlər.

Bu çətin yolda biz uğurlarımızı 400-dən çox partnyorumuzla bir yerdə qazanmışıq. Saytımızda onların bir qismi ilə tanış ola bilərsiniz.

Tarixçəmiz

Global Interiors Group şirkəti 1998-ci ildən fəaliyyətə başlamışdır. Keçdiyi bu 16 illik yolda şirkət yerli və xarici, 300-dən çox tamamlanmış layihə ilə uğurlarını ard-arda sıralamışdır.

GIG yarandığı ildən Azərbaycanda ofis mebeli üzrə dünya lideri olan Steelcase şirkətinin rəsmi nümayəndəsidir.

Missiyamız

Bizim missiyamız – zamanın tələblərinə uyğun olaraq həyat və iş üçün komfortlu şərait yaratmaq, insanların təhlükəsizliyini təmin etmək və ekoloji şəraitini yaxşılaşdırmaqdır.

Biz proyektlərimizin icrası zamanı ideyalarımızın yüksək tələbatla qarşılanması, layihələrimizin özünəməxsusluğu, etibarlılığı, uzunömürlülüyü və parlaq memari cizgiləri ilə fərqlənməsi üçün əlimizdən gələni edirik.

Niyə biz?

Yazılanları ümumiləşdirərək sizlərə məhz bizi seçməyiniz üçün 5 səbəb təqdim edirik:

- Bizi ən yaxşılar seçir! Portfoliomuzda dünya miqyaslı şirkətlər, ən böyük layihələr və ən xoş geribildirimlər yer almışdır. 

- Şirkətimiz və onun heyəti professionallardan ibarətdir, müvafiq sahələr üzrə təcrübəmiz 20 ili ötür.

- Biz hər bir müştərinin istəyini yerinə yetirmək üçün individual yanaşma tətbiq edirik.

- Biz sizi ofislə bağlı bütün xidmətlərlə təmin edirik, beləliklə, siz vaxtınıza, enerjinizə və maddi resurslarınıza qənaət etmiş olursunuz.

- 400-dən çox partnyorumuzla sizlərə ən geniş seçim imkanlarını təqdim edirik.

 

* 2015-ci ildə əsası qoyulmuş “Bridge Group of Companies” müxtəlif sahələr üzrə uğurlu fəaliyyət nümayiş etdirir. Qrupa daxil olan şirkətlər menecment, tikinti, otel servisi və restoran biznesi, İT dəstək üzrəxidmətlər, həmçinin peşəkar audio avadanlığın satışı və anbar ilə saxlanc xidmətlərini göstərməkdədir.