favorite_border
Clean.az

Şirkət haqqında

 

Hal-hazırda məişət xidmətləri sahəsində aparıcı istiqamətlərdən biri məhz klininq, başqa deyimlə peşəkar təmizlik xidmətləridir. Kompaniyamız bu sahədə artıq neçə ildir ki, inkişaf etməkdədir. Bakıda klininq xidmətləri göstərərək bu bazarda öz layiqi taxçamızı tutmuşuq.

Evlərin və mənzillərin, otellərin, ofislərin və onlara yanaşı ərazilərin təmizliyini, pəncərə və fasadların təmizlənməsini peşəkarlarımız fiziki şəxslərlə yanaşı icarəçilər, ofis sahibləri və iri müəssisə nümayəndələrinin müraciətləri əsasında həyata keçirirlər.

Təşkilatımızın əməkdaşları müştərilərinə can yandıran və bunun üçündə işini keyfiyyətlə və sevərək edən təcrübəli peşəkarlardır. Şirkətimiz onlar olmadan istənilən nəticəni əldə etmək mümkün olmayan müasir avadanlıq və təhlükəsiz yuyucu və təmizləyici vasitələrə malikdir. Quru və nəm təmizləmə üçün tozsoranlar, buxarlı təmizləyicilər, süpürücü və döşəməyuyan maşınlar, miniyuyucular hər növ çirki və istənilən səliqəsizliyi kiçik mənzil, böyük ofis və yetərincə iri ərazilərdən yox etməyi təmin edir. Həmçinin Bakıda təmirdən sonra təmizlik işlərini müntəzəm və tamamilə effektiv olaraq həyata keçiririk. Kimyəvi maddələr toz və çirki yox etməyə, mebellərdən ləkələri çıxartmağa, şüşə və güzgülərin, taxta örtük və kafellərin parıldamasına kömək edir. Birqayda olaraq, bu maddələr ekoloji təmiz və çox effektivdir, xoşagəlməz ətri yoxdur, təmizləməklə yanaşı toz və çirkə qarşı qoruyucu təbəqə yaradır və səthləri dezinfeksiya edirlər. Yumuşaq mebelin, xalçaların və digər örtüklərin təmizliyi həmçinin yüksək səviyyədə tərəfimizdən həyata keçirilir.

Ev və mənzillərin, ofis və otellərin, həmçinin onlara yanaşı ərazilərin əsaslı və dəstəkləyici təmizliyinə bütün səthlərin, döşəmə örtüklərin, sanitar qovşaqların, interyer əşyalarının, iş yerinin, anbarların, zirzəmilərin, çardaqların və qarajların təmizlənməsi aiddir.

Bütün xidmətər öncədən danışılır və icra müddətli qrafik yaradılır. Əsaslı və ya təmir sonrası təmizlik birdəfəlik ehtiyac duyulduqca həyata keçirilir. Lakin daimi səliqəni qorumaq üçün gündəlik və ya lazımı dövriliklə olan təmizliyin sifarişidə mümkündür.

Bakıda peşəkar təmizlik birçox şirkətlər tərəfindən keçirilsədə məhz RM Cleaning geniş spektrli xidmət, yüksək keyfiyyət və xidmət mədəniyyəti ilə seçilir ki, bu da çox vacibdir.

Bizə müraciət edin və menecerlərimizlə qiymət, həcm və müddətləri razılaşın. Biz Sizə qüsursuz təmizlik, səliqə və təravət təminatı veririk.

Bakı ş., Nizami rayonu Özbəkistan küç., 24