favorite_border
Abşeron İnşaat

YARANMA

 

“Abşeron İnşaat” MMC 2006-cı ildə təsis edilib. Şirkətin tərkibinə əsasən tikinti və xidmət sahəsi üzrə fəaliyyət göstərən – “A.M.K.” MTK, "AMK-YASAMAL" MMC, "AMK-Servis" MMC, “EMS” MTK və “Bilik” MTK daxildir. Bundan başqa şirkət müxtəlif vaxtlarda ölkəmizin və digər dövlətlərin tanınmış iş adamları və şirkətləri ilə uzunmüddətli iş birliyini qurub və hal-hazırda milli iqtisadiyyatın bir sıra sahələrində iştirak edir.

 

MƏQSƏD VƏ PRİNSİPLƏR

 

Məqsədimiz son texnologiyaları istifadə etməklə, yüksək keyfiyyətə malik, rahat və təhlükəsiz tikililər yaratmaqdı. Şirkətimizin əsas prinsiplərindən biri daim yeni iş yerlərinin açmasına imkan yaradan fəaliyyət sahələrinin genişləndirməsidi. Yeni layihələrin icrası üçün partnyorluq münasibətlərini yüksək qiymətləndiririk və daim işgüzar əməkdaşlığa hazırıq.

 

FƏALİYYƏT SAHƏLƏRİ

 

- Yaşayış komplekslərin və binaların tikintisi.
- Dövlət sifarişi ilə Respublikada həyata keçirilən infrastruktur layihələrinin icrası.
- Şəxsi evlərin (villaların) tikintisi.
- Evlərin (mənzillərin) təmir işləri.
- Binaların elektrik xətlərinin çəkilməsi.
- Əmlakın idarə edilməsi.
- Müxtəlif tipli texnika və avadanlıqların icarəyə verilməsi.
- Respublikadaxili yükdaşımalar.

H.Seyidzadə küçəsi 26H