3D Project

Haqqımızda

 

3D Project şirkəti 2014-cü ildən fəaliyyət göstərir, qısa zaman ərzində gənc şirkət 3D çap və modelləşdirmə sahəsində liderliyə nail olmuşdur. Şirkətin əsas nailiyyətləri Azərbaycanın 3D sahəsində ən peşəkar mütəxəssisləri və dünyanın ən yeni 3D çap və skan avadanlıqlarını cəmləşdirməsindən irəli gəlir. Şirkət 3D çap, maketlərin və prototiplərin hazırlanması, 3D modelləşdirmə və skan xidmətləri göstərməklə yanaşı, həmçinin animasiyalı 3D qrafika hazırlayır.

Bir illik fəaliyyəti zamanı şirkət kütləvi informasiya vasitələri ilə sıx əlaqə quraraq yerli bazara elmi-texniki proqressin yeni imkanlarını gətirdi. Həmçinin 2015-ci ilin fevral ayında 3D Project şirkətinin sponsorluğu ilə Azərbaycanda ilk dəfə qabaqcıl 3D çap və skan texnologiyalarına aid konfrans keçirildi.

Hər bir müştərinin individual tələblərinə cavab verməklə şirkət hüquqi və fiziki şəxslərlə işləyir. Görülmüş işlər arasında dövlət müəssələrinin, böyük otellərin və yaşayış komplekslərinin maketləri olmaqla yanaşı şəxsi heykəlciklərin, zərgər məhsulları, interyer dizaynın elementləri və s. kimi işlər vardır. Şirkətə daxil olan hər bir müraciət əməkdaşlar tərəfindən analiz olunur və qısa zamanda işin reallaşdırılmasına dair təkliflərlə cavab verilir.

Bakı ş. N.Nərimanov pr. 187B