QalaGroup

\"Qala Group\" Şirkəti müxtəlif sahələr üzrə yaradıcı həll yolları təklif edən peşəkar və çevik komanda deməkdir. 

 

2010-cu ilin noyabrında yaradılmış “Qala Group” şirkəti həyata keçirdiyi memarlıq və interyer dizayn layihələri ilə bu sahədə yeni keyfiyyət standartlarını müəyyən etdi. Bu parlaq layihələr qısa müddət ərzində qazanılmış reputasiyamızı daha da möhkəmləndirdi. Artmaqda olan texniki və maliyyə imkanlarımız, əməkdaşlarımızın yüksələn peşəkarlıq səviyyəsi 2012-ci ildə göstərdiyimiz xidmət sahələrinin genişlənməsinə imkan verdi. Biz öz uğurlarımızı müştərilərimizə göstərdiyimiz fərdi yanaşmaya, işlərimizdə əsas prinsip hesab etdiyimiz yüksək keyfiyyət standartlarına və layihələri optimal zaman kəsiyində təhvil vermə bacarığımıza borcluyuq. Müştərilərlə aparılan biznes əlaqələrimizdə ənənəvi vasitələrlə yanaşı olaraq, WBS və TIME FRAMEWORK kimi ən müasir layihə idarəedilməsi sistemlərindən faydalanırıq. Davamlı inkişaf bizim əsas şüarımızdır, biz indiyədək əldə etdiyimiz uğurlarla kifayətlənmək yerinə həmişə daha da, təkmilləşməyə can atırıq. Bu istiqamətdə gördüyümüz əsas işlərdən biri Almaniya, Çin, BƏƏ, Türkiyə, Rusiya və Bolqarıstandakı tərəfdaşlarımızla fikir və təcrübə mübadiləsi aparıb, onların səriştəsindən bəhrələnməkdir. Hazırda Qala Qrup qüsursuz şəkildə icra olunmuş zəngin layihələr toplusuna malikdir. Bədii tərtibat, memarlıq və reklam sahəsində gördüyümüz işlər bizi bu sahələrdə peşəkarlığın zirvəsinə yüksəldir.

Zahid Xalilov 53