favorite_border
Metak

“METAK” MMC 1997-ci ildə, Ulu Öndərimiz, Heydər Əliyev Cənablarının ölkə iqtisadiyyatına verdiyi dəstək nəticəsində kiçik müəssisə olaraq təsis edilmiş və bugün, Prezidentimizin iqtisadiyyata bəslədiyi qayğıların səyəsindətəqdim etdiyi məhsullar və xidmətlər çərçivəsində ölkəmizin ən qabaqcıl müəssisələrindən birinə çevirilmişdir. Şirkətimiz hal-hazırda tikinti, obyektlərin su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsullarıalıcılara uğurla təqdim etməkdədir.
“METAK” MMC, Rusiya və Ukrayna istehsalı olan polad boruların, profillərin, boru birləşmələrinin daxili bazara idxalı və satışı ilə uğurlu fəaliyyətə başlamış və bu uğurunu indi də davam etdirməkdədir. 
Şirkətimiz istehsalçı fəaliyyətlərinə də, 1997-ci ildə polad döymə məmulatları, darvazalar və sifariş əsasında bütün bu tipdə qaynaq işləri ilə məşğul olan professional sex qurmaqla başlamışdır. 2002 ci ildə hər növ tikinti işkələləri və inşaat dirəkləri istehsal etməklə bu sex artıq mini zavoda çevrilmişdir. 
Daxili bazardakı yüksək tələbatı nəzərə alaraq 2003 cü ildə Şirkət, 25mm-dən 325mm-dək müvafiq ölçülərdə polad dirsək və keçidlərin istehsalı ilə məşğul olmağa başladı.Bu məhsullar, yüksək keyfiyyətin nəticəsində qısa müddət ərzində daxili bazarda layiqli bir yer tutdu.
Şirkətimiz eyni zamanda Türkiyənin Dünya üzrə tanınmış olan siyirtmə və birləşmələrini istehsal edən, Duyar Vana şirkətinin rəsmi distribütorudur.
2005-ci ildə “METAK” Şirkəti professional mühəndislərinə və güclü idarə heyyətinə güvənərək gücünü biraz fərqli sahədə yoxladı və  qısa müddət ərzində adəti üzrə uğur qazandı. Şirkət öz müştərilərinə bina daxili içməli su və istilik sisteminin qurulmasında böyük yardım məqsədi ilə polipropilendən hazırlanmış “METAK” markalı müxtəlif ölçülərdə sadə və alüminium folqalı borular, boru birləşdirici hissələr (fittinqlər) təqdim etməyə başladı. Sırf bu istehsal üçün təsis edilmiş zavodumuzdakı avadanlıqların və personalın professionallığı, hazır məhsulun keyfiyyətində qabarıq şəkildə özünü göstərməkdədir. Bu məhsullar yüksək keyfiyyətə malik olmalarının sayəsində nəinki yerli bazarda, həmçinin Ukrayna, Rusiya və Qazaxıstan bazarlarında da özünü uğurla tanıtmışdır.Hal-hazırda Şirkətimiz, keyfiyyəti “METAK”brendi ilə tanınmış olan, Fiber boruları, PPRC boruları və birləşdirici hissələrinin, sınmayan kanalizasiya boruları və birləşdirici hissələrinin istehsalını və satışını uğurla həyata keçirməkdədir.
Təqdim etdiyimiz məhsulların çeşidi ildən-ilə artaraq  2500-ü keçib. Bu rəqəmin 10 il əvvəl 400 olmasını xatırlasaq, Şirkətimizin nə dərəcədə inkişaf etdiyini təsəvvür etmək çətin olmaz. Sözsük ki, bu artımın əsasında Sizlərin, yəni alıcılarımızın bizdən razı olması dayanır və bu da, Şirkətimizin əsas məqsədidir. İSO, AZS, GOST və digər sertifikatlarımızın mövcudluğu, keyfiyyətimizin göstəricilərindəndir.
Mükəmməl planlama və yüksək istehsal gücü sayəsində, anbarlarımızda istənilən vaxt hazır məhsul mövcuddur.
Şirkət, 400 əməkdaşdan ibarət, hər biri işinin mütəxəssisi olan, professionallıqla seçilmiş işçi heyəti ilə hələ çox uğurlara imza atmaq niyyətindədir. Bununla ölkə iqtisadiyyatının inkişafında və əhalinin məşğulluğunun və tələbatlarının ödənilməsini təmin etmək bizim səylərimizin əsas nəticəsidir.