Buta Təmizlik Kombinatı

Təmizlik Kombinatı BUTA

Azərbaycanda ekoloji vəziyyətin dövlət səviyyəsində qorunması istiqamətində geniş layihələr həyata keçirilir. Ölkə başçımızın təşəbbüsü ilə ölkəmizdə "Ekoloji" ilin elan edilməsi, ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı bu sahənin bilavasitə diqqət mərkəzində olduğunu göstərir.

“Təmizlik Kombinatı Buta” MMC Bakı şəhərində cəmiyyətimizə ekoloji cəhətdən sağlam gələcək təmini məqsədi ilə fəaliyyətə başlamışdır. Kombinatımız şəhərimizdəki tullantıların yığılıb daşınması və s. işlərlə xidmət göstərir.

İş prinsipimiz gündən-günə gözəlləşən şəhərimizin və əhalimizin ekoloji-gigiyenik qaydalara riayət olunaraq peşəkar təmizlik xidmətlərindən yararlanmaqlarını təmin etməkdir.

Müəssisəmiz ətraf mühitin  tullantılarını yığmaqla yanaşı, əhalimizə yüksək səviyyədə hər növ təmizlik xidmətləri də təklif edir.

Bizim xidmət sahəmizdə çalışan bütün işçilər öz sahələrində yüksək peşəkarlıqla müştərilərimizə xidmət göstərirlər. Bunun üçün kombinatımızda işləyən  işçilər, öz sahələrində tez-tez seminarlarda, kurslarda iştirak edirlər.

Bizim təlim kurslarımızda, iştirak edən hər bir şəxs mütəxəssislər tərəfin-dən müxtəlif iş yerləri ilə təmin olunurlar (Bağlar, otellər, villalar, mənzillər və s.)