Az Mario Rioli

1. Uzunmüddətli xidmət
Müasir innovasiya texnologiyalarından istifadə Az - Mario Rioli qapılarının konstruksiyasını möhkəm və etibarlı edir. “Az - Mario Rioli”nin bütün məhsullarına 3 il zəmanət verilir! Standart məişət şəraitində otaqlararası qapıların xidmət müddəti ən azı 15 il təşkil edir!

2. Əla səs izolyasiyası
Səs izolyasiyasının yüksək səviyyəsinə Avropa standartlı qapı layından (45 mm qalınlıqlı) istifadə, layın qapı qutusuna kip keçirilməsi, həmçinin sıxlaşdırıcının – rezin elastik ara qatların qapının perimetri üzrə quraşdırılması hesabına nail olunur.

Qapı modellərinin əksəriyyəti birləşdirici (fals) ilə tədarük olunur ki, bu da səs izolyasiyasını əhəmiyyətli dərəcədə artırır.

3. Zavod şəraitində quraşdırılmış furnitur
Qabaqcadan zavod şəraitində quraşdırılmış furnitur – qıfıl, rəzələr, cavab tamasası – layın arzuolunmaz zədələnməsinə yol verilmədən qapının quraşdırılma prosesini əhəmiyyətli dərəcədə sadələşdirir.

Dəstəyin və qıfıl bəndinin üslubi həllində seçim sərbəstliyi alıcıya məxsusdur.

4. Möhkəm dekorativ örtük
Az - Mario Rioli qapıları ən müasir yüksək keyfiyyətli materiallardan istifadə olunmaqla istehsal edilir.

Qapıların unikal örtüyü abraziv, ultrabənövşəyi şüalanma və mexaniki təsirlərə davamlılığa malikdir.

5. Teleskopik quraşdırma sistemi
Qapılar haşiyələr və teleskopik birləşmə sisteminə malik qutu ilə komplektləşdirilir ki, bu da qapı bloklarını universal edir və əlavə tamamlama olmadan onları müxtəlif qalınlıqlı divar oyuqlarına quraşdırmağa imkan verir.

6. Qutu qapı layının ölçüsünə uyğun kəsilmişdir
Bu, qapı qutusunun oyuğa quraşdırılmasını əhəmiyyətli dərəcədə asanlaşdırır. Qutu və teleskopik haşiyələrin düşünülmüş konstruksiyası hesabına Az - Mario Rioli qapıları tez və asanlıqla quraşdırılır. Qapı qutusu üçqat sendviç konstruksiyasına malikdir.

MDF layları ətraf mühitin vəziyyətindən asılı olmayaraq qutunun formasının sabitliyini təmin edir, ağac qatı isə rəzələrin boşalmasına imkan vermir.

7. Zavod şəraitində quraşdırılmış şüşə
Bütün qapı modellərində şüşələr zavod şəraitində yüksək ixtisaslı mütəxəssislər tərəfindən quraşdırılır.

Dekorativ elementlərdən istifadə modelləri daha zərif edir və onların müasir interyerlə çox yaxşı uyğunlaşmasına imkan verir.